Accessibility links

İsrail sərhəd keşikçisi tərəfindən iordaniyalı hakim öldürülüb


İsrail sərhəd keşikçisi atəş açaraq iordaniyalı hakimi öldürüb. İsraillilər İordan çayının Qərb sahili ilə İordaniya sərhəd keçid məntəqəsində hakimin israilli əsgərin əlindən tüfəngi almağa cəhd etdiyini deyib.

Hadisə zamanı həlak olan şəxs Raed Zueter adlı hakim olub.

İsrail ordusu hadisənin Raed Zueter İordaniyadan İordan çayının Qərb sahilinə gedən zaman Allenbi sərhəd keçid məntəqəsində baş verdiyini bildirib.

Bu sərhəd keçid məntəqəsi fələstinlilərin İordan çayının Qərb sahilindən qonşu İordaniyaya getmələri üçün əsas keçid məntəqəsidir.

Yüzlərlə nümayişçi İordaniyada İsraiı səfirliyinin önündə toplaşaraq hadisəni pisləyib.

Onlar İsrail əleyhinə şüarlar səsləndirib və İordan hökumətini İsrail səfirini ölkədən qovmağa və İsraillə sülh müqaviləsini pozmağa çağırıb.
XS
SM
MD
LG