Accessibility links

İsrail Hərbi Hava Qüvvələrinin başçısı Moskvaya səfər edəcək


Rusiya bu həftənin əvvəlində Suriya tərəfindən hərbi kəşfiyyat təyyarəsinın vurulub salınmasında İsraili günahkar bildiyinə görə İsrail Hərbi Hava Qüvvələrinin başçısı Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Moskvaya gedəcək.

İsrail deyib ki, Rusiya hərbi təyyarəsi onun hərbi hava qüvvələri baş qərargahı Livanda yerləşən Hizbulla qrupunu silahla təmin edən Suriya hərbi bazalarına qarşı hücumlar həyata keçirdikdən sonra geri dönərkən Suriya tərəfindən vurulub.

Suriyanın müdafiə raketləri bazar ertəsi gecə saatlarında İsrailin qırıcı təyyarələrini hədəf alarkən eyni modelə bənzər Rusiya təyyarəsini səhvən vurub. Təyyarədəki 15 hərbi qulluqçu həlak olub.

Həm Rusiya, həm də Suriya hücumda İsraili ittiham edir. İsrailin baş naziri Benyamin Netanyahu isə insidentə görə Suriyanı günahlandırıb.

Rusiya prezidenti Vladimir Putin Rusiyaya məxsus hərbi təyyarənin Suriya tərəfindən vurulmasını “faciəli təsadüflər zənciri” adlandırmaqla İsraillə münasibətlərin gərginləşməsinin qarşısını almağa çalışıb.

XS
SM
MD
LG