Accessibility links

Rusiya hərbi təyyarəsinin vurulmasında İsraili günahlandırır


Rusiya İsrailin Rusiya hərbi qüvvələrinə məxsus təyyarəsini Suriyanın Aralıq dənizi sahilləri yaxınlığında qəsdən vurulduğunda ittiham edib və bunu düşmən hərəkəti adlandıraraq, lazımi cavab verəcəyini bildirib.

Rusiyanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, 15 nəfər hərbçinin olduğu İl-20 kəşfiyyat təyyarəsi Moskvanın müttəfiqi Suriya təsadüfən vurub.

Lakin Rusiya ordusu İsraili ona görə ittiham edir ki, İsrail hərbi təyyarələrinin Suriya dağlarında hücumlar həyata keçirməyə başlayacağı barədə xəbəri Moskvaya bir dəqiqə əvvəl verib ki, bu da həmin vaxt o ərazidə olan Rusiya hərbi təyyarəsini təhlükə altında qoyub.

İsrailin baş naziri və Xarici İşlər Nazirliyi kimi,İsrail ordusu da bu barədə şərh verməkdən imtina edib.

Rusiya xəbər agentlikləri müdafiə naziri Sergey Şoyqunun israilli həmkarı Aviqdor Libermanla danışdığını və ona Moskvanın Rusiyanın hərbi təyyarəsinin vurulmasında İsraili məsul tutduğunu dediyini bildirib. İsrailin Daxili İşlər Nazirliyi belə bir söhbətin olduğunu təsdiq etsə də, daha ətraflı məlumat verməkdən imtina edib.

XS
SM
MD
LG