Accessibility links

Suriyada müharibənin dərinləşməsi İsrailə təhlükədir [Təhlil]


İsrailə səfər edən ABŞ rəsmiləri İranın nüvə razılaşmasından yaranan narahatlıqları yatışdtırmağa çalışırlar. Lakin bəzi təhlilçilər deyir ki, İsrail qonşu Suriyada baş verənlərlə mübarizə planları haqda düşünməyə başlayıb. Təhlilçilər İsrailin sadəcə İran nüvə razılaşmasından narahat olmadığını deyir.İsrail İranın nüvə razılaşmasından sonra əldə edəcəyi sanksiyaların qaldırılmasının yaradacağı Suriyadan gələbiləcək təhlükəyə hazırlaşır.

Qahirədə yerləşən Əl-Ahram mərkəzinin Siyasi və Strateji Araşdırmalar Departamentindən tədqiqatçı Kamel Abdullah deyir ki, İsrail İranın nüvə razılaşmasından sonra Suriyadan gələ biləcək təhlükəyə hazırlaşır.

İran Suriyada İsrailin uzun müddət rəqibi olan prezident Bəşər Əl-Əsədin ordusunu və Livanın Hizbullah militant qrupunu dəstəkləyir.

İordaniyadan olan siyasi təhlilçi Labib Kamhaşi deyir ki, İslam Dövləti qrupu və Əl-Qaidanın Əl-Nüşra Cəbhəsi İsrailə nisbətən uzun müddətdir sülh əldə etmiş həmin qruplardan daha böyük təhlükədir.

Keçən həftə İsrailin Suriyaya raket hücumundan sonra o düşünür ki, İsrailin döyüşlərdə geniş şəkildə iştirak etməsi həmin qruplardan gələcək təhlükə ilə bağlıdır.

Labib Kamhaşi: “Axır-əvvəl hər şey həmin qüvvələrin harada olmasından, İsrailin sərhədindən nə qədər uzaqlıqda, onların nə qədər güclü olmasından aslıdır."

Bəzi təhlilçilər deyir ki, İsrailin narahatlığı yersizdir. Çünki İran sanksiyaların qaldırılmasından sonra əlinə keçəcək vəsaiti iqtisadiyyatının güclənməsinə sərf edəcək. Özünü Suriyada gedən müharibənin içinə soxmayacaq.

Ekspertlər əlavə edir ki, müharibənin mürəkkəbliyi və dəhşəti nəzərə alınsa, İsraiinl ona qarşı birbaşa təhlükə olmadığı halda müharibəyə qoşulması imkansızdir.

XS
SM
MD
LG