Accessibility links

Benyamin Netanyahu ABŞ-a xəbərdarlıq edib


Israel's Prime Minister Benjamin Netanyahu chairs the weekly cabinet meeting in Jerusalem, Nov. 19, 2017.
Israel's Prime Minister Benjamin Netanyahu chairs the weekly cabinet meeting in Jerusalem, Nov. 19, 2017.

İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın Fələstinlə sülh danışıqlarını bərpasına çalışdığı bir vaxt ABŞ-a İsrailin təhlükəsizlik narahatlıqlarının prioritet olması barədə xəbərdarlıq verib.

Nazirlər Kabinetinin həftəlik toplantısı zamanı baş nazir deyib ki, bu həftə biz prezident Trampın sülh səyləri haqda bir çox spekulyasiyalar eşitmişik. O, prezidentin İsrailin təhlükəsizlik narahatlıqlarına dair heç bir şərh vermədiyini bildirib.

Tramp seçkiqabağı kampaniyaları və Yaxın Şərqə səfəri zamanı İsraillə Fələstin arasında yekun razılıq əldə edəcəyinə ümidini ifadə etmişdi.

Sülh danışıqları son dəfə 2014-cü ildə uğursuzluqla başa çatmışdı.

Bu arada Fələstin muxtariyyəti xəbərdarlıq edib ki, əgər onun Vaşinqtondakı diplomatik nümayəndəliyi bağlansa, ABŞ-la əlaqələri dayandıracaq.

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Yaxın Şərqə səfəri zamanı İsrail-Fələstin münaqişəsini həll etməyə çalışacağını demişdi.

ABŞ Dövlət Departamenti deyir ki, Fələstin Azadlıq Təşkilatının nümayəndəliyi Amerika qanunvericiliyindəki bir müddəaya görə bağlana bilər. Həmin müddəa İsrailin fələstinlilərə qarşı cinayətlərə görə məsuliyyətə cəlbinin tələb edilməsini yasaqlayır.

Prezident Tramp bu müddəanın tətbiqini bir şərtlə dayandıra bilər - Əgər fələstinlilər tez bir zamanda İsraillə sülh danışıqlarına getməkdə qərarlı olduqlarını nümayiş etdirsələr.

XS
SM
MD
LG