Accessibility links

İsrail prezident Trampı dəstəklədiyini bildirib


İranla ABŞ arasında gərginliklərin artdığı bir vaxt İsrail prezident Trampı dəstəklədiyini bildirib, lakin İranın dəstəklədiyi Hizbullah qrupu vasitəsi ilə İsrailə hücum edə biləcəyini bəyan edib.

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin bu qarşıdurmada kimin tərəfində olduğuna aydınlıq gətirib.

"Son 24 saat ərzində İran ABŞ və hamımıza qaşı təcavüzünü güclələndirib. Mən bütün sülhsevər ölkələri Amerikaya ilə yanaşı dayanmağa, İranın təcavüzünə son qoymağa çağırıram" , Netanyahu deyib.

ABŞ prezidenti Donald Tramp cümə axşamı İranın beynəlxalq hava hövsəzində ABŞ-ın kəşfiyyatçı dronunu vurmasını qınayıb. O, Twitter hesabında “İran çox böyük səhvə edib”yazıb.

Donald Tramp ötən il sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramını məhdudlaşdıran beynəlxalq razılıqdan çəkiləndən bəri münasibətlər pisləşib.

XS
SM
MD
LG