Accessibility links

İsrail ABŞ tələbəsi ilə bağlı mövqeyini müdafiə edir


İsrail yəhudi dövlətini boykot edənlərə dəstək verməkdə şübhəli bilinən və aeroportda həbs edilən ABŞ tələbəsi ilə bağlı mövqeyini müdafiə edir.

İsrailin Nazirlər Kabinetindən Gilad Erdan ölkəsinin Birləşmiş Ştatlar mediası və digər qurumlar tərəfindən tənqid edilməsinə etiraz edərək, hökumətinin bu addımı İsrail dövlətinin təhlükəsizliyi üçün atdığını bildirib.

İsrail rəsmilərinin tələbənin istədiyi vaxt evinə gedə biləcəyini demələrinə baxmayaraq, Florida ştatının Fort-Louderdeyl şəhərindən olan Lara Əlqasim artıq bir həftədir nəzarət altındadır.

Lara Əlqasim Florida Universitetinin “Fələstinə Ədalət” qrupunun sabiq lideridir.

İsrail rəsmiləri onun ölkəsinə qarşı boykotu dəstəklədiyini deyərək, onun ölkəyə girişinə qadağa qoyub.

Dövlət Departamentinin sözçüsü Birləşmiş Ştatların İsraildəki səfirliyinin Əlqasimə yardım göstərdiyini, lakin özəl həyatına ehtiram göstərildiyinə görə bu barədə məlumat vermədiyini bildirib.

XS
SM
MD
LG