Accessibility links

İsrailin baş naziri polis tərəfindən dindirilib


İsrail polisi cümə günü ilk dəfə ölkənin ən böyük telekommunikasiya şirkəti Bezeq-in də daxil olduğu korrupsiya iddialarına görə baş nazir Benyamin Netanyahunu dindirib.

Army Radio və digər media orqanlarının verdiyi məlumata görə, Netanyahunun dindirilməsi onun iqamətkahında baş tutub. Baş nazirin həyat yoldaşı Sara isə başqa yerdə sorğulanıb.

Polis iddia edir ki, Bezeq Telekom korporasiyası kommunikasiya tənzimləyicilərində şirkət lehinə qərarlar verməsi müqabilində İsrailin baş naziri və həyat yoldaşı haqqında müsbət xəbərlər paylaşıblar.

Netanyahu başqa iki rüşvət ittihamında günahlandırılsa da, baş nazir ona qarşı səsləndirilən bütün iddiaları rədd edib.

XS
SM
MD
LG