Accessibility links

İsrail Mərkəzi Bankı: Bitcoin valyuta deyil, aktivdir


Bazar ertəsi İsrailin mərkəzi bankı bitcoin kimi virtual valyutaları real valyuta olaraq qəbul etməyəcəyini və bu tranzaksiyaların ölkənin banklarına və onların müştərilərinə yaratdığı riskə nəzarət etmək üçün nizamlamalar hazırlamağın çətin olacağını deyib.

İsrail Bankının mövqeyi budur ki, virtual valyutalar maliyyə aktivi olaraq qəbul edilməlidir.

Bankın sədr müavini Nadin Baudot-Trajtenberq bildirib ki, İsrail bankları ilə bağlı bəzi müştərilərin bitcoin almaq üçün hesablarından pul köçürmələrini çətinləşdirdiyinə dair şikayətlər olub. Amma mərkəzi bank bununla bağlı heç nə edə bilməzdi. Digər banklar da eyni problemlə üzləşirdi.

“İsrail Bankının mövqeyi budur ki, virtual valyutalar maliyyə aktivi olaraq qəbul edilməlidir,” deyə Baudot-Trajtenberq İsrail parlameninin maliyyə komitəsi önündə çıxış edərkən bildirib və hökümətin bitcoin-ə sərmaye qoyanlara görə məsuliyyət daşımadığını vurğulayıb.

Səhm bazarında dəyəri sürətlə qalxan bitcoin-nun nizamlanması bir çox hökumətləri çətin sınaq qarşısında qoyub.
Səhm bazarında dəyəri sürətlə qalxan bitcoin-nun nizamlanması bir çox hökumətləri çətin sınaq qarşısında qoyub.

O deyib ki, mərkəzi bank virtual valyuta məsələsini araşdırır, amma qlobal miqyasda baş verənlərlə bağlı çox məlumat əldə etmək olmur, çünki dünyanın heç bir yerindən heç bir nizamçı bank sisteminə müştərilərin virtual valyuta fəaliyyətinə qarşı necə davranmalı olduğuna dair təlimat verməyib.

Bu cür fəaliyyətlərin risklərinə nəzarət etmək, onları idarə edib, hesablamalar aparmağın düzgün qaydası ilə bağlı təlimatlar vermək çətindir.

“Bu cür fəaliyyətlərin risklərinə nəzarət etmək, onları idarə edib, hesablamalar aparmağın düzgün qaydası ilə bağlı təlimatlar vermək çətindir. Müştəriyə olan riskdən əlavə, bankın uyğunluq riski də var,” o deyib.

Ən böyük və ən çox tanınan kriptovalyuta olan bitcoin-in dəyəri dekabr ayının ortalarında 20 min dollara qədər artdı, ayın sonuna doğru isə 12 min dollardan aşağıya düşdü. Bu günə olan məlumata görə, bitcoin-in dəyəri 15 370 dollar idi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG