Accessibility links

İstanbuldakı partlayışda ölənlərin sayı 38-ə çatıb [Fotolar]


Türkiyənin daxili işlər naziri Süleyman Soylunun bildirdiyinə görə, İstanbulun Beşiktaş rayonunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

Soylu deyib ki, ölənlərin 31-i polis əməkdaşıdır və onlardan yalnız birinin kimliyi hələlik müəyyənləşməyib.

Ölkədə bir günlük matən elan olunub.

İndiyədək aparılmış istintaq hadisəni PKK terror təşkilatının törətdiyinə işarə edir.
Süleyman Soylu

Nazir hazırda xəstəxanalarda 166 yaralının olduğunu, onlardan 14-nün vəziyyətinin isə ağır olduğunu dilə gətirib.

Hücumun məsuliyyətini heç bir qrup öz üzərinə götürməsə də, baş nazirin müavini Numan Kurtulmuş da deyib ki, hücumun PKK tərəfindən törədilməsinə dair ehtimallar böyükdür. 13 nəfərin artıq şübhəli şəxs qismində saxlanıldığı da bildirilir. “İndiyədək aparılmış istintaq hadisəni PKK terror təşkilatının törətdiyinə işarə edir” - deyə daxili işlər naziri Süleyman Soylu vurğulayıb.

Bu gün nazir dünən həlak olan bir neçə polisin dəfn mərasiminin keçiriləcəyini də qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkədə baş vermiş terror hadisəsi səbəbilə Qazaxıstana səfərini təxirə salıb. O, açıqladığı bəyanatda hücumun polisi hədəf aldığını və ölənlərin sayının maksimum çox olmasına çalışıldığını bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkədə baş vermiş terror hadisəsi səbəbilə Qazaxıstana səfərini təxirə salıb. O, açıqladığı bəyanatda hücumun polisi hədəf aldığını və ölənlərin sayının maksimum çox olmasına çalışıldığını bildirib.

Bəyanatda hücum terror aktı olaraq təsvir edilir.

Baş naziri Binəli Yıldırım isə ölkədə bayraqların endirilməsinə göstəriş verib.

ABŞ Miili Təhlükəsizlik Şurasının sözçüsü Ned Prays açıqladığı bəyanatda bildirib ki, Birləşmiş Ştatlar terror hücumunu sərt tənqid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG