İstanbulda Bosfor boğazı üzərində üçüncü körpünün inşasının başa çatdırılması üçün işlər sürətlə davam etdirilir.
Dünyanın ən böyük asma körpüsü olan Bosfor boğazı üzərindəki yeni körpü Avropa və Asiya qitələri arasında mühün nəqlyyat yolu olacaq.
Yavuz Sultan Səlim körpüsünun inşasına cəlb olunmuş minlərlə fəhlə və mühəndis 24 saat işləyir.
Körpünün eni təxminən 60 metrdir. Dünyanın ən enli asma körpüsündə avtomobil nəqliyyatının hərəkəti üçün səkkiz, qatarlar üçünsə iki hərəkət zolağı olacaq.
Uzunluğu 2 kilometr olan körpünün su üzərindəki hissisəsi 1,5 km. təşkil edir.
Körpü eyni zamanda, dəmir yolu xəttinin keçdiyi ən böyük asma körpü olacaq.
2013-cü ildə icrasına başlanan layihənin 3 milyard dollara başa gələcəyi bildirilir.
İstanbulda Bosfor boğazı üzərində üçüncü körpünün platformasının inşası iyulun 26-da başa çatıb. Bu platforma ilə körpünü saxlayan iki qüllə arasında kabelin genişləndirilməsi üçün istifadə ediləcək.
Avropa tərəfdə Qaribçe rayonundakı qüllənin hündürlüyü 322 metr, Asiyada Poyrazköy rayonunda qüllənin hündürlüyü isə 318 metrdir.
Platformanın hazır olmasından sonra fəhlələr və mühəndislər artıq körpünün üstü ilə bir tərəfdən o biri tərəfə keçə bilir.