Accessibility links

İstanbula gedən yol [Video]


İstanbula gedən yol
please wait
Embed

No media source currently available

0:00 0:02:02 0:00

Berlin film festivalı siyasi və sosial mövzulu filmləri nümayiş etdirməklə tanınır. Rəşid Buşarebin çəkdiyi “Istanbula gedən yol” bu ilin ən yaxşı filimlərindən biri seçilib. Filimdə İslam Dövləti qrupuna qoşulmaq üçün Suriyaya gedən qızını xilas etmək üçün ananın başına gələnlər nümayiş olunur.

Elizabet 18 yaşlı qızı Elodie ilə Belçikada şəhər kənarında yaşayan tənha anadır. Bir həftə sonu onun həyatı birdən dəyişir. Elodie evə gəlmir və Elizabetə məlum olur ki, qızı oğlan dostu ilə birlikdə İŞİD qrupuna qoşulmaq üçün Suriyaya gedib.

Elizabet rəsmilərə müraciət edərək kömək istəyir. Lakin onlar bildirir ki, Elodie həddi buluq yaşında olduğu üçün öz istəyi ilə gedib və onlar heç nə edə biməzlər. Beləliklə Elizabet özü qızını tapmağa qərar verir. Filmdə belçikalı aktrisa Astrid Vettnall ana rolunu ifa edir.

Astrid Vhettnall: Bu kimi hadisələrin arxasında nə baş verdiyini öyrənmək maraqlıdır. Bu qorxuları hiss etmək və başlarına belə hadisələr gəlmiş digər bütün analara hörmət bəsləmək, onların həyatlarının məhv olduğunu, cəsur, güclü olduqlarını anlamaq. Bu rolu oynamaq, həqiqətən də möhtəşəm idi.

İstanbula gedən yol filmi Fransada anadan olmuş Əlcəzairli Rəşid Bouçarebin son işidir.

Rəşid Bouçareb: “Mən müsəlman olan və o mədəniyyətdən gələn birini seçmədim. Tamamilə onlarla əlaqəsi olmayan, nə Ərəb dünyası, nə də həmin mədəniyyət. 18 yaşında gənc belçikalı qız dinini dəyişir və Suriyaya gedir. Mən bu misalı seçdim.”

Film Belçika və Əlcəzairdə çəkilib və həqiqi hadisələrə əsaslanır. Sadəcə obrazlar həqiqi deyil.

Rəşid Bouçareb: “Film sadəcə bir hadisəni əhatə etmir. Mən deyərdim ki, bu, bir çox ana və atanın ifadəsidir. Mən onları bir yerə topladım və bir hekayə qurdum. Mən belə bir qızın olduğunu deyə bilmərəm.”

Rejissor ümid edir ki, İstanbula gedən yol filmi gənclərin nə üçün cihada qoşulmaq istədiyi barədə maarifləndirməni artıracaq.

XS
SM
MD
LG