Accessibility links

İstanbulda hücumun suriyalı intiharçı tərəfindən həyata keçirildiyi deyilir


Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğan bu gün İstanbulda azı 10 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən partlayışın suriyalı intiharçı tərəfindən həyata keçirildiyinə inanıldığını deyib.

Televiziyada vasitəsilə etdiyi müraciəti zamanı cənab Ərdoğan türk və xarici vətəndaşların həlak olduğu hücumu qınayıb.

Partlayış İstanbulun turistlərin ən çox ziyarət etdiyi Göy Məscid və Aya-Sofiyanın olduğu tarixi Sultanəhməd meydanında həyata keçirilib. Şahidlər partlayışın çox güclü olduğunu və yeri silkələdiyini deyib.

Hadisədən dərhal sonra ölkənin baş naziri Əhməd Davutoğlu fövqəladə təhlükəsizlik yığıncağı çağırıb.

Ötən il oktyabr ayında Ankaranın dəmir yolu vağzalında 100-dən çox insanın ölümü ilə nəticələnən iki bomba hücumundan sonra Türkiyədə növbəti hücumlardan ehtiyat edilirdi.

XS
SM
MD
LG