Accessibility links

Azərbaycan Atatürk hava limanındakı qanlı terror aktını kəskin şəkildə lənətləyir


Atatürk hava limanında terror
Atatürk hava limanında terror

Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

“Biz bu qanlı hadisədən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik”, məktubda qeyd edilir.

***

“Iyunun 28-də İstanbulun Atatürk hava limanında törədilmiş qanlı və xain terror aktlarını kəskin şəkildə lənətləyirik. Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Nazirlik bildirir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildiriblər ki, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı Türkiyə tərəfindən hələməlumat daxil olmayıb. Bununla yanaşı, Azərbaycanın İstanbuldakı baş konsulluğu terror qurbanları arasında Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırma aparır.

İyunun 28-də axşam saatlarında törədilən terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər yaralanıb.

XS
SM
MD
LG