Accessibility links

İstanbulda G-20 sammiti keçirilir


Dünyanın 20 inkişaf etmiş iqtisadiyyatına malik ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri qlobal iqtisadi artıma dəstək üçün koordinasiyaları addımları müzakirə etmək məqsədilə İstanbulda toplaşıb.

Hazırda G-20-yə rəhbərlik edən Türkiyənin baş nazirinin müavini Əli Babacan deyib ki, o, ölkələrin icbari olmayan milli investisiya hədəflərini müəyyən edəcəklərinə ümid edir.

"Ancaq bizim üçün vacib olan budur ki, investisiyanın önəmi barədə mesaj çatdıraq. Hətta dövlət resursları olmadan biz onların maliyyələşdirilməsi yollarına nəzər salmalıyıq," deyə o bildirib.

Nüfuzlu beynəlxalq iqtisadi təşkilatların bildirdiyinə görə, hökumətlər əvvəlcədən razılaşdırılmış siyasətlərin tətbiqində yetərli addımlar atmırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Jurnalist Nərgiz Absalamova saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:41 0:00
XS
SM
MD
LG