Accessibility links

İstanbulda partlayış: 5 ölü, 38 yaralı [Video]


İlkin məlumatda hadisəni üzərində partlayıcı qurğu olan naməlum şəxsin törətdiyi deyilir.

Bu gün Türkiyənin İstanbul şəhərində partlayış olub. Yerli medianın veridiyi məlumata görə, partlayış yerli vaxtla saat 11 radələrində şəhərin məşhur İstiqlal prospektində qeydə alınıb.

Hücum zamanı azı 5 nəfər ölüb, 38 nəfərin yaralandığı bildirilir. Partlayışın gücündən ətrafdakı binalar da zərər görüb.

İlkin məlumatda hadisəni üzərində partlayıcı qurğu olan naməlum şəxsin törətdiyi deyilir.

Hazırda polis hadisə yerində işləyir, Qalatasaray və Taksim meydanlarından prospektə girişlər bağlanıb.

Əraziyə çoxlu sayda təcili yardım maşınları gətirilib.

"Hürriyyət" qəzetinin məlumatına görə, intiharçının üzərində olan bomba vaxtından əvvəl işə düşüb.

Hazırda terrorçunun əsl hədəfinin hara olduğu araşdırılır.

İddialara görə, terrorçuların hədəfi xarici turistlər olub. Partlayış məhz xarici turistlərin çox olduğu ərazidə törədilib. Belə ki, yaralı 38 nəfərdən 12-nin xarici vətəndaş olduğu bildirilir.

İlkin məlumata əsasən, hadisədə PKK terror təşkilatının əli var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG