Accessibility links

Hidrometeoroloqlar açıq havada qalmağı məsləhət görmür


İsti hava
İsti hava

Sabah Bakıda 38 dərəcə isti olacaq. Havada yaranan durğunluqla yanaşı güclü isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir

Azərbaycanda isti və quru hava şəraiti davam edir. Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 24-25-də Abşeron yarımadasında zəif küləkli və bəzi saatlarda havada yaranan durğunluqla yanaşı güclü isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət görülmür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 24-də Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Temperatur gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq..
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu 23-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.
Bakı Təcili və Təxirəsalınmaz Tibbi Xidmət Stansiyasının baş həkiminin müavini Suqra Bəşirova Amerikanın Səsi radiosuna bildirib ki, son üç gündə günvurma ilə bağlı 12 nəfər təcili tibbi yardım stansiyasına müraciət edib. Onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib.
Onun sözlərinə görə, iyulun 1-dən başlayaraq günvurma ilə bağlı 45 nəfər stansiyaya müraciət edib. Onlardan 12-i xəstəxanalara yerləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG