Accessibility links

Bakıda 38, rayonlarda 43 dərəcə isti olacaq


Günəş dənizdə batır
Günəş dənizdə batır

Son günlər 6 nəfər günvurmadan həkimə müraciət edib

Avqustun 19-da Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 23-27, gündüz 34-38 dərəcə isti olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında avqustun 19-da yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Bakı Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Amerikanın Səsinə bildiriblər ki, son günlər günvurmadan 6 nəfər təcili yardıma müraciət edib. Onların 3 nəfəri bazar günü müraciət edib. Artıq iki nəfər xəstəxanaya yerləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG