Accessibility links

Azərbaycanda 43 dərəcə isti olacaq


İsti hava
İsti hava

Azərbaycan ərazisində quru, isti hava şəraiti iyulun 23-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin əhaliyə xəbərdarlığında bildirilir ki, iyulun 18-dən 22-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 33-38 dərəcə olacaq, bəzi ərazilərdə isə 41 dərəcəyədək yüksələcək.

İyulun 23-dək Azərbaycanın rayonlarında isti hava şəraiti davam edəcək, havanın maksimal temperaturu 35-40 dərəcə, bəzi yerlərdə 43 dərəcə olacaq.

Nazirlik bildirir ki, iyulun 19-da Bakıda və Abşeron yarımadasında anormal isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

Havaların isti keçməsi ilə bağlı Əmək və Əhainin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Müraciətdə deyilir ki, “Əmək Məcəlləsi”nə uyğun olaraq havanın temperaturu 41 dərəcədən çox olduqda açıq havada, sərinləşdirici qurğular olmayan örtülü binalarda bütün növ işlər dayandırılmalıdır.

“Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləmək üçün fasilələr verilməli, fasilələr zamanı əmək haqqının işçilərin tarif maaşına görə ödənilməsi təmin olunmalıdır”, müfəttişlik xəbərdarlıq edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG