Accessibility links

Faiq Əmirov barəsində ibtidai istintaq yekunlaşıb


“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə vəkili Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, gələn həftə vəkillər iş materialları ilə tanış olacaq və bundan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Aprelin 17-də F.Əmirova qarşı yeni ittihamlar irəli sürülüb: Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınmaq) və 308.2 (vəzifə səlahiyyətindən su-istifadə).

Xatırladaq ki, F.Əmirov 2016-cı ilin avqustunda həbs olunub. Ona qarşı dinlərarası ədavətin qızışdırılması ittihamı irəli sürülüb. İstintaq F.Əmirovu Türkiyədə terrorizm və dövlət çevrilişinə cəhddə ittiham olunan “Hizmət” Hərəkatının imamı kimi təqdim edib.

F.Əmirov ittihamları uydurma adlandırıb.

F.Əmirovun həbsindən sonra “Azadlıq” qəzetinin nəşri dayandırılıb. Qəzetə xidmət göstərən bank başqa əməkdaşların səlahiyyətlərini tanımaqdan imtina edib.

F.Əmirovun həbsindən sonra redaksiyanın 2010-2016-cı illərdə vergi fəaliyyətinin yoxlanışı həyata keçirilib.

“Azadlıq” qəzetinin çoxsaylı əməkdaşı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Bəzi əməkdaşlar isə ölkəni tərk edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG