Accessibility links

Mustafa Hacıbəyli azad buraxılıb


Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

Müsavat Partiyasının mətbuat xidmətinin və bastainfo.com satının rəhbəri Bakı şəhər Prokurorluğunda 7 saat şahid qismində dindirildikdən sonra saat 23-də azad buraxılıb. Bu barədə Amerikanın Səsinə Müsavat Partiyasından bildirblər.

“Mustafa Hacıbəyli iyulun 9-da saat 15.55-də Bakı şəhər Prokurorluğunda olub, saat 20.30-da azad buarxılıb, lakin 20 dəqiqə keçməmiş o yenidən prokurorluğa dəvət edilib və yenə dindirilib. Mustafa Hacıbəyliyə aid komputer, mobil telefon və bastainfo.com saytının sənədləri baxış üçün götürülüb. O saat 23-də azad buraxılıb”, Müsavat Partiyasının əməkdaşı qeyd edib.

Bakı şəhər Prokurorluğu Hacəbəylini iyulun 10-da saat 15-də yenidən dindirilmək üçün dəvət edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi KİV-lərin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq “Bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

XS
SM
MD
LG