Accessibility links

İstixana qazları tullantıları rekord səviyyəyə çatıb


Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bu il atmosferdəki karbon dioksid emissiyalarının səviyyəsinin rekord dərəcədə yüksək olduğunu bildirir. Bunun səbəblərindən biri də 2015-də başlayan və 2016-cı ilədək davam edən güclü El Nino hadisəsidir.

ÜMT-yə əsasən, atmosferdəki karbon dioksid səviyyəsi 2015-ci ildə ilk dəfə olaraq hər milyona 400 hissəciyə çatıb, bu il isə bu rəqəm yeni rekord səviyyəyə qalxıb.

ÜMT-nin baş katibi Petteri Taalas deyir ki, bu simvolik, lakin əhəmiyyətli hadisə planetimiz üçün zərərlidir, çünki karbon dioksid emissiyaları gələcək uzun müddət atmosferdə qalacaq.

“Hazırda biz düzgün istiqamətdə irəliləmirik. Əslində, biz səhv yoldayıq və planetin istiləşmə potensialı artıb,” deyə Taalas bildirib.

Karbon dioksid mədən yanacaq növlərinin işlədilməsi və insanların fəaliyyətinin nəticəsidir. Metereoloqlar deyir ki, iqlim dəyişikliyinin təsirinin 65 faizi CO2-dən qaynaqlanır.

Digər iki istixana qazı metan və nitrit oksidin payına isə 17 faiz düşür.

Taalas Amerikanın Səsinə bildirib ki, iqlim dəyişiklikliyə qarşı mübarizə aparmaq karbok diokid emissiyalarının qarşısını almadan mümkün deyil, çünki bu istixana qazının ömrü çox uzun olur.

Taalas Paris İqlim razılığını alqışlayır, lakin emissiyaların azaldılması könüllü və hüquqi cəhətdən mütləq olmadığı üçün razılığın təsirinin məhdud olacağını deyir. O deyir ki, dünya siyasi iradədən konkret bir addıma doğru hərəkət etsə, növbəti onillərdə vəziyyəti dəyişmək şansına malik ola bilər.

O, mənfi trendlərin hələ bir neçə onillik davam edəcəyini deyir, lakin əgər ölkələr indidən CO2 emissiyalarını azaltmağa başlasa, 2060-cı ildə iqlimdə müsbət dəyişikliklərin müşahidə olunacağını bildirir.

XS
SM
MD
LG