Accessibility links

İsveçrədə eynicinslilərin evlənməsinə icazə verilə bilər


İsveçrə bazar günü eynicinslilərin evlənməsinə icazə verilə bilər.

Bu ayın əvvəllərində Sürixdə eynicinsli evliliyin qanuniləşdirilməsini dəstəkləmək üçün minlərlə insan yüksək ruhlu Qürur paradına qatılmışdı.

Əllərində "Hamı üçün Evlilik" kampaniyası şüarlarını əks etdirən plakatlar tutulmuşdu. Gey və lezbian tərəfdaşlarına heteroseksual cütlüklərlə eyni hüquqlar verəcək referendumun keçirilməsini istənilmişdi

Bazar günü keçirilən səsvermədən sonra İtaliya istisna olmaqla, bütün Qərbi Avropa ölkələri eynicinsli evliliklərə icazə verir.

Səsvermədən əvvəl keçirilən rəy sorğuları, seçicilərin 60%-dən çoxunun bu təklifi dəstəklədiyini göstərib.

İsveçrə hökuməti "Hamı üçün Evlilik" referendumunu dəstəkləyib. Ancaq bu mühafizəkar, zəngin Alp ölkəsindəki kilsələr və sağçı siyasi partiyalar buna qarşı çıxaraq, eyni cinsli evliliyin qanuniləşdirilməsinin ənənəvi ailə dəyərlərinə xələl gətirəcəyini iddia edirlər.

Seçicilərin təsdiqlədiyi qanuna əsasən, lezbian və gey cütlüklərə övlad götürməyə icazə verilir.

Ailə qurmaq istəyən lezbian cütlüklərə sperma donorlarına daha asan giriş imkanı verir. Rəqiblər bunun uşaqların ata olmaq hüququndan məhrum olacağını söyləyirlər, çünki uşaq 18 yaşına çatana qədər sperm donorunun kimliyi açıqlanmır.

Rəqiblər eyni cinsdən referendum keçirilsə belə bu məsələdən əl çəkməyəcəklərinə söz verib.

Yüksək demokratik bu ölkədə səsvermə ilə bağlı hər hansı bir məsələ əldə etmək üçün İsveçrə vətəndaşlarının yalnız 50 000 imzasına ehtiyac var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG