Accessibility links

İtaliya baş naziri Avropanın mühacir böhranına diqqəti artırmağa çağırıb


Bazar günü Aralıq Dənizində gəmi ələ keçirilən zaman 900-dən çox insanın batmasından sonra bu gün İtaliya baş naziri Matteo Renzi bildirib ki, Avropa Birliyi Afrika ölkələrində mühacir alverinin qarşısını almağa kömək etməlidir.

"Bu, vicdan məsələsidir və biz insan ləyaqətindən danışanda biz o qədər cəsarətli olmalıyıq ki, bu anda İtaliyanın əsas prioritetinin siyasi Avropanın siyasi dəstəyi olduğunu deyə bilək. Mən Avropanın mühacirlər şurasının gördüyü işləri müsbət qiymətləndirirəm, ancaq açığı bu, yetərli deyil. Biz bunun üçün 4 strategiya təklif etmişik. Birincisi Avropanın xilas əməliyyatlarını gücləndirməkdir" deyə İtaliya baş naziri bildirib.

Cənab Renzi bu şərhi bu gün Romada İtaliya qanunvericiləri qarşısında çıxışı zamanı verib. Görüş Avropa liderlərinin böhranla bağlı Brüsseldə keçirəcəyi toplantından bir gün əvvəl baş tutub. Parlament üzvləri həmçinin bazar günü ölənlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edib.

XS
SM
MD
LG