Accessibility links

İtaliyanın keçmiş baş naziri Berluskoni də daxil olmaqla, bir neçə məşhur koronavirusa yoluxub


Koronavirus pandemiyasının var gücü ilə vurduğu ilk Avropa ölkəsi İtaliya normal həyata qayıtmaq üçün qitədə birinci olmağa ümid edirdi. Lakin bu ölkədəki məşhurların və siyasətçilərin koronavirusa müsbət testləri həyəcana səbəb olub.

Ölkənin keçmiş baş nazir və media maqnatı Silvio Berluskoni koronavirusa yoluxan ən son məşhurlardan oldu. Berluskoninin mərkəz sağçı "Forza Italia" partiyasının nümayəndəsi iki dəfə keçirilən testlərin ikisinin də müsbət nəticə verdiyini, Berluskoninin özünü pis hiss etmədiyini, qızdırmasının olmadığını və işinə Milan yaxınlığındakı Arkoredəki evindən davam etdiyini bildirib.

Berluskoninin iki övladı - Luici və Barbara da koronavirusa yoluxub.

84 yaşı tamam olan Berluskoninin virusa keçən Sardiniya adasındakı lüks mülkiyyətində dincələrkən yoluxduğundan şübhələnilir. Orada o, "Benetton Formula 1" komandasının keçmiş direktoru, biznesmen Flavio Briatore də daxil olmaqla, koronavirusa yoluxduqları sonradan bilinən dostları ilə görüşüb. Briatore Milanda qısa müddətə xəstəxanaya yerləşdirilib. Keçən ay bir neçə işçidə də koronavirus aşkar edildikdən sonra Sardiniya gecə klubu bağlanıb.

Səhiyyə rəsmiləri virusa yoluxma hallarının birdən-birə yenidən artmasına səbəbin keçən ay gecə klublarına və ictimai yerlərə toplaşmalar, eləcə də xaricdən tətillərdən qayıdan italyalıların olduğunu deyir.

Keçən şənbə günü 600, bazar günü isə təxminən 800 yoluxma halı qeydə alınıb. Gündəlik yoluxma hallarının sayı getdikcə artıb və çərşənbə günü yoluxanların sayı 1326 nəfər olub. Səhiyyə Nazirliyinin bildirdiyinə görə, bu, ölkədə məhdudiyyətlər tətbiq edilən zaman, may ayından bəri görünməyən rəqəmlərdir.

XS
SM
MD
LG