Accessibility links

İtaliyanın Lombardiya regionunda kütləvi koronavirus testlərinə başlanılıb, ölkədə iqtisadiyyatın açılması planlaşdırılır


Avropanın koronavirus epidemiyasının ən ağır fəsadları ilə üzləşən İtaliyanın şimaldakı Lombardiya regionunda kütləvi test proqramı başlanıb. Bu proses həftələrdir bağlandıqdan sonra iqtisadiyyatın bərpasına hazırlıqlar getdiyi vaxta təsadüf edir.

Diaqnostika üzrə ixtisaslaşan Diasorin şirkətinin testləri ilk öncə Lombardiyanın ən ağır fəsadlarla üzləşmiş 14 bölgəsini, daha sonra isə bütün regionu hədəf alacaq.

Burundan götürülən nümunələrlə birbaşa koronavirusun mövcudluğunu araşdıran testlərindən fərqli olaraq, seroloji testlər yoluxmanın olub-olmadığını göstərən antiteli axtarır. Lakin bu testlər daha sürətli və daha sadədir.

Bu testlərə dünya səhiyyə rəsmilərinin genişmiqyaslı test proqramlarını inkişaf etdirməyə çalışdıqları zaman başlanılıb. Onlar dünya əhalisinin çox hissəsinin təcrid tədbirlərini nisbətən yumşaltmağı planlaşdırdıqları üçün gözlədikləri testlərin virusun yayılmasının daha aydın mənzərəsini göstərəcəyinə ümid edir.

"Bu testlər bizə bu gün müəyyən bir əminlik verir və sabah daha çox şey verə bilər," deyə koronavirusun ən çox yayıldığı Berqamo şəhərinin meri Corcio Qori SkyTG-24 televiziya kanalına verdiyi müsahibədə bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG