Accessibility links

İtaliyaya üz tutan miqrantların sayı son 6 ay ərzində 20% artıb


İtaliyaya su yolu ilə üz tutan miqrantların sayı son 6 ay ərzində 20 faiz artıb.

Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, bu ilin 6 ayı ərzində 85 183 nəfər Aralıq dənizi vasitəsi ilə İtaliyaya çatıb. 2016-cı illə müqayisədə bu, 14 min əlavə miqrant deməkdir.

Miqrantların çoxu sahil keşikçiləri tərəfindən xilas edilib. Bu il 2 mindən artıq insanın sularda boğulduğu qeydə alınıb.

İtaliyanın baş naziri Paolo Qentiloni Avropa İttifaqı yardım göstərməsə, miqrant axınının ictimaiyyətin qəzəbinə yol açacağını deyib.

İtaliya bütöv Avropaya müraciət edir

Romada danışan baş nazir bildirib ki, bütün İtaliya miqrant probleminin həllinə səfərbər edilib. Baş nazir Avropa ittifaqına müraciət edərək, qurumu öz prinsipləri, tarixi və sivilizasiyasına sadiq qalmağa çağırıb.

İtaliya ötən ay miqrant qayıqlarına sahillərini bağlayacağı ilə hədələyərək, digər Avropa ölkələrini onları qəbul etməyə məcbur edəcəyini bildirib. Lakin buna baxmayaraq qaçqınlar hələ də İtaliya sahillərinə enməkdə davam edir.

Fransa, Almaniya və Avropa İttifaqı İtaliyaya əlavə dəstək verəcəklərini bəyan edib. Lakin İtaliya hökumətinə hansı yardımlar göstəriləcəyi bəlli deyil.

Fransa və Almaniyanın daxili işlər nazirlikləri, habelə Avropa İttifaqının miqrasiya idarəsinin rəhbəri Liviyada sahil keşikçilərinə təlimlər veriləcəyini bildirib. Bu yolla miqrantların insan qaçaqmalçılarına pul ödəyərək ölkəni tərk etmələrinə mane olunacaq.

Yardım qrupları durumu ağırlaşdırırmı?

Avropa ölkələri miqrantları qayıqlarla təmin edən yardım qrupları üçün yardım normaları təsis edəcəklərini deyir. Belə ki, bəzi GHT-lər insan qaçaqmalçılarına yardım etmiş olur.

BMT-nin qaçqın agentliyi İtaliyanın on minlərlə miqranta yer verə bilmədiyini bildirərərk, Avropa ölkələrini Roma ilə həmrəyliyə çağırıb.

Əlverişli hava və sakin dəniz Avropaya miqrant axınının artmasına şərait yaradır. Həftədə 10 min nəfər miqrasiyaya əlavə edilir. Yolçular Liviyadan səfərə çıaxsalar da, onların əsksəriyyəti Afrikanın Böyük Səhraaltı ölkələri, Ərəbistan yarımadası, Misir, Suriya və Banladeşdəndir.

Ötən il miqrantların 15 faizi Niqeriya, 12 faizi Banqladeş, 10 faizi Qvineya, 9 faizi isə Fil dişi sahillərindn olub.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG