Accessibility links

Liviya miqrantları dözülməz şəraitdə gözləməkdə davam edir


Almanyanın "Sea Eye" humanitar yardım qrupuna məxsus gəmi tərəfindən Liviya sahillərində xilas edilən 64 miqrant Avropanın təhlükəsiz limana yan almalarına icazə verməsi üçün günlərdir gözləyir. `Alan Kurdi` gəmisinin heyəti vəziyyətin ağırlaşdığı, su və ərzaq çatışmazlığı barədə xəbərdarlıq edib.

Almaniyanın humanitar "Sea Eye" qrupu daxilində miqrantlar olan`Alan Kurdi` gəmisi ilə bağlı təcili ölçü götürülməli olduğunu bildirib. Liviya sahillərinə xilas edilən 64 miqrant gəmiyə alındıqdan 6 gün sonra zəiflik və baş gicəllənməsindən şikayət edən qadın evakuasiya edilməli olub.

Malta rəsmiləri qadının vəziyyətinə təcili reaksiya verib və qadın La-Valettaya aparılıb. `Alan Kurdi` gəmisinin əməliyyatlar üzrə meneceri Jan Ribbek miqrantların təcili olaraq təhlükəsiz yerə köçürülməsinə icazə verilmədiyi təqdirdə vəziyyətin daha da ağırlaşacağını bildirib. Avropa Birliyi ölkələrindən heç biri hələ liman təklif etməyib.

Özü həkim olan Ribbek gəmidəki miqrantların çoxunun göyərtədə yatdığını, pis hava şəraiti və dəniz suyundan qoruna bilmədiklərini, quru paltarları olmadıqları üçün soyuq havada yaş paltarda qalmalı olduqlarını deyib. Bu səbəbdən də 81 nəfərin 20 nəfərlik otağa yerlədirildiyini bildirib.

Doktor Ribbekin dediyinə görə, son 24 saat ərzində miqrantların çoxu dəniz xəstəliyindən əzab çəkib. “Avropanın 81 adamı bu vəziyyətdə saxlamasına mənim sözüm yoxdur` - deyə, Ribbek bildirib.

Miqrantlar onsuz da böyük əzəb içərisində olub. 30 yaşlı Benyamin Nigeriyadan Liviyaya 2015-ci ildə gedib.

((ACT BENJAMIN, NIGERIAN MIGRANT))
“"Liviya doğulduğumdan bəri gördüyüm ən dəhşətli ölkədir. Liviya heç bir baxımdan yaxşı deyil. Mən heç bir valideynə uşaqlarını Liviyaya göndərməyi məsləhət görmürəm, çünki bu, çox pis ölkədir. Liviya sivil ölkə deyil. Orada bizim kimi qaraları qul olaraq görürlər."

Bencamin qul kimi iki dəfə satılıb. Digərləri isə işgəncələrə və cinsi təcavüzə məruz qalır.

Çərşənbə axşamı Malta hökumətinə su, ərzaq və paltar çatışmazlığı barədə xəbər verilib və höklumət çərşənbə günü yardım edəcəyini bildiriib.

Avropa Birliyi üzv ölkələr və miqrant qəbul edən ölkələrlə gəmidəki miqrantların qəbulu ilə bağlı danışıqlar apardığını bildirib. İtaliya və Malta GHT-lərin xilas gəmilərinin heç birini qəbul etmir. Dominik Reisingerin dediyinə görə, xilas edilənlərin yerləşdirilməsi məsələsinin siyasiləşdrilməsi gəmidəki insanların haqlarını kölgə altına alıb.

XS
SM
MD
LG