Accessibility links

Venesiyanı qondolasız təsəvvür etmək olarmı? [Video]


Venesiyanı qondolasız təsəvvür etmək olarmı?
please wait

No media source currently available

0:00 0:02:30 0:00

İtaliyanın Venesiya şəhərinin romantik simvolu olan qondola turistləri şəhərin su yolları ilə gəzdirən vasitədir. Lakin bəzilərini bunun nə vaxta qədər davam edəcəyi maraqlandırır.

İlk dəfə XIX əsrdə hazırlanan bu unikal qayıqlara gənc nəslin marağı olmadığından qondolaların yox ola bilməsi ilə bağlı narahatlıqlar mövcuddur. Bu qondolalar turistləri gözəl, 400-ə qədər su kanalı olan Venesiya şəhərinin yaddaqalan görüntüləri ilə tanış edir. Roberto Tramontin: “Dünya boyu qondolaların şəkillərinin ən çox çəkildiyini bilmək məni məmnun edir.”

Roberto Tramontin özünün şəxsi sexində 48 ildir qondola düzəltməklə məşğuldur. Bu onun ailə biznesidir və əcdadları bu işə 1884-cü ildə başlayıb. “O özünün sexini 32 yaşında olarkən açıb. O, bu sənəti o zamanların ustalarından öyrənib.”

Hər qondolanın hazırlanması iki ay vaxt aparır. Buna 8 taxta növü lazımdır. Qayıq ağacdan hazırlanmış 280 hissənin dəqiq şəkildə birləşdirilməsi nəticəsində hazırlanır. Taxtalar forma almaq üçün əvvəlcə suya salınır, sonra isə alovla qurudulur.

Tramontinin sexində hələ də ənənəvi Venesiya ölçüsündən istifadə edilir. Metrik ölçü sistemi İtaliyaya XIX əsrin sonlarına qədər tanış deyildi.Mateo Tamassiya Tramontinin sexində işləyir: “Mən ilk dəfə buraya gələndə özümlə ölçü çubuğumu gətirmişdim. Lakin onların santimetrdən deyil, Venesiya ölçüsü deyilən ayaqla ölçülən sistemdən istifadə etdiklərini gördüm.”

İllərdən sonra ənənəvi qondolaya tələbat azalır. 1960-cı illərdə Tramontininin sexində hər gün 3 qondola hazırlanırdısa, hazırda ildə 1 qondola hazırlanır. Lakin Tramontinin sexində əllə hazırlanan hər qondolanın sahibi öz qondolası ilə fəxr edir. “Tramontinin qondolaları manevr qabiliyyətinə malikdir. Avar çəkmək asandır və özünəməxsus unikal forması var.” detə, qondola sahibi Alessio Trentin bildirir.

Lakin Tramontini Venesiyanın bu, əfsanəvi qayıqlarının gələcək taleyi narahat edir. “Venesiya sularında həmişə nə isə, qara bir şey üzəcək və buna qandola deyəcəklər. Lakin təəssüflər olsun ki, bu, plastikdən hazırlanmış tamamilə başqa bir qayıq olacaq.”

Tramontini bir şey deyir: "Tramontinin qondolaları həmişə olduğu kimi eyni yolla, ənənəyə uyğun düzəldiləcək."

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG