Accessibility links

İtaliyada iki ölümcül avtomobil qəzası baş verib


İtaliya rəsmilər 14 insanın ölümünə, 10-larla digərinin yaralanmasına səbəb olan iki ölümcül avtomobil qəzasının səbəblərini araşdırır.

İtaliyanın cənubunda mühacir ferma işçilərini daşıyan maşınla pomidor daşıyan maşının toqquşması nəticəsində 12 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Bazar ertəsi baş vermiş qəza Lesina şəhərində olub.

Bazar ertəsi İtaliyanın Boloqna şəhərində baş vermis digər bir qəzada isə yanacaq tankeri daşıyan maşının şosedə qəzaya uğraması azı iki nəfərin ölümünə 70 nəfərin isə yaralanmasına səbəb olub.

XS
SM
MD
LG