Accessibility links

Koronavirusun fövqəladə hallar üzrə koordinatoru korrupsiya ittihamı ilə həbs edilib


İtaliya polisinin bildirdiyinə görə, Siciliyanın koronavirusun fövqəladə hallar üzrə koordinatoru əvvəlki vəzifəsində olduğu müddətdə korrupsiya və səhiyyə sektorundakı tenderləri saxtalaşdırmaqda şübhəli bilinərək, 9 nəfərlə birlikdə həbs edilib.

Polis koronavirus dövründə Siciliyanın koronavirusun fövqəladə hallar üzrə koordinatorunun vəzifəsinə təyin edilməzdən əvvəl Antonino Kandelanın iş adamları və korrupsioner məmurlardan ibarət güc bazasının bir hissəsi olduğunu iddia edir.

Polisin bəyanatında Kandelanın da 2016-cı ildən bəri təqribən 600 milyon avro (660.30 milyon dollar) dəyərində tibbi avadanlıq və xidmətlərin satılması üçün tenderlərə yardımda məsuliyyət daşıyanlar arasında olduğu deyilir.

Hazırda ev dustaqlığında olan Kandeladan şərh almaq mümkün olmayıb.

Kandela paytaxt Palermoda regonal agentliklə tenderleri idarə edən səhiyyə xidmətinin rəhbəri olub.

"Siciliyanın səhiyyə sistemindəki bu qanunsuzluq tam narahatedici və kədərləndirici bir mənzərədir. Bu sistemdəki korrupsiya çox böyük qanunsuz qazanc əldə etməyə imkan verib” - deyə, Reuters xəbər agentliyi bildirib.

XS
SM
MD
LG