Accessibility links

İtaliyada sərnişin qatarı relsdən çıxıb


İtaliyanın şimalında yüzlərlə sərnişin daşıyan sərnişin qatarının relsdən çıxması nəticəsində azı iki nəfər həlak olub, təxminən 10 nəfər ciddi zədələr alıb.

Rəsmilər Milana yaxın məsafədə yerləşən Pioltello Limito stansiyası yaxınlığında qatarın iki vaqonunun relsdən çıxdığını bildirib.

Qatarda olan sərnişinlərin bəzilərinin qohumları hadisə baş verən yerə gəlib.

“O, mənə “ana mənə kömək et, Qatar relsdən çıxır” dedi. O, başqa heç nə demədi. O, çox qorxmuşdu və indi artıq telefona cavab vermir. Onunla səyahət edən rəfiqəsi artıq qatardan çıxarılıb. Mənim qızım isə hələ də oradadır”- deyə adının açıqlanmasını istəməyən valideyinlər bildirib.

Xilasedicilər sərnişinlərə yardım etmək üçün relsdən çıxmış vaqonlara ehtiyatla daxil olub.

Qatar Kremonadan Milanın Qaribaldi stansiyasına istiqamət almışdı.

Qəzaya nəyin səbəb olduğu barədə məlumat verilmir.

XS
SM
MD
LG