Accessibility links

Azərbaycan Dövlət Neft Fondu İtaliya Ticarət Palatasının binasını almaq istəyir


Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) Milanda daşınmaz əmlaka yüz milyonlarla dollar sərmayə qoymaq qərarına gəlib. Wall Street Journal bildirir ki, söhbət İtaliya Ticarət Palatasının satın alınmasından gedir.

Sövdələşmənin dəyəri dəqiq məlum deyil, lakin üç alıcı tərəfindən ümumi məbləği 380 mln. dollar həcmində üç obyektin alınmasının tərkib hissəsidir. Digər iki alıcı Qətər və Birləşmiş Ərəb Əmirlikləri fondlarıdır.

Bundan öncə SOFAZ Böyük Britaniya, Fransa, Rusiya, Cənubi Koreya və Yaponiyada bahalı daşınmaz əmlaklar alıb. Bundan nə qədər gəlir əldə olunduğu məlum deyil.

Qeyd edək ki, neft gəlirlərinin və Dövlət Neft Fondunun aktivlərinin azalması son illər davam etməkdədir.

SOFAZ-ın saytının məlumatına görə, 2015-ci ildə fondun aktivləri 37,1 mlrd. dollardan 34,74 mlrd. dollaradək azalıb.

XS
SM
MD
LG