Accessibility links

İtaliyalı alimlər qədim binaları zəlzələyə davamlı edir [Video]


Keçmişdə Avropada ənənəvi yolla tikilən binalar zəlzələyə davamlı deyil. Ötən avqust 6,2 bal gücündə baş verən zəlzələ zamanı mərkəzi İtaliyada bir çox bina məhv oldu. İndi isə italiyalı mühəndislər zəlzələnin səbəb olduğunu dağıntıları azaltmağın yollarını araşdırırlar.

Divarın davamlılığını yoxlamağın ən yaxşı yolu nəzarət olunan bir mühitdə ona qarşı zəlzələyə bənzər titrəyişlər tətbiq etməkdir.

Biz Kerakoll sistemi ilə möhkəmləşdirilən daş divarlara 2016-cı ilin dekabrında baş verən zəlzələdən iki qat daha güclü titrəyişlər tətbiq edildiyində, onların stress səviyyəsinə çatdığını gördük. Tuf divarlar isə eyni güc tətbiq olunduğunda artıq zərər həddinə çatdı.
Gerardo de Kaino

Roma Tre Universitetinin İtaliyanın Davamlı İnnovasiya Texnologiyaları Laboratoriyasında üzərində sınaq keçirilən divarlar biraz zədələnsə də, dağılmayıb.

Gerardo de Kanio: “Bu iki divar üzərində artıq bir dəfə, dekabr ayında seysmik sınaq keçirilib. Onlara çox ziyan dəysə də, daha sonra divarlar bərpa edilib. Bu sınaq sayəsində biz divarların möhkəmləndirilməsinin təsirləsini yoxlamışıq”.

Sağdakı gördüyünüz tuf yəni, vulkanik küldən yaranan, maqma mənşəli dağ süxurundan düzəldilən divar əhənglə örtülmüş qara mərmər lifləri ilə möhkəmləndirilib.

Daşdan düzəldilən soldakı sivar isə əhənglə örtülmüş poladla möhkəmləndirilib. Bunların hamısı Kerakoll tikinti şirkəti tərəfindən istehsal olunub.

“Biz Kerakoll sistemi ilə möhkəmləşdirilən daş divarlara 2016-cı ilin dekabrında baş verən zəlzələdən iki qat daha güclü titrəyişlər tətbiq edildiyində, onların stress səviyyəsinə çatdığını gördük. Tuf divarlar isə eyni güc tətbiq olunduğunda artıq zərər həddinə çatdı", Gerardo de Kanio deyir.

Titrəyiş və zərərin dərəcəsi infraqırmızı kameralarla ölçülüb.

İtaliya
İtaliya

İtaliyalı alimlər deyir ki, başqa növ divarlar da bu cür möhkəmləndirilə bilər.

“Bunu Türkiyədə iri betonlardan tikilən binalara və həmçinin də çiy kərpicdən tikilən divarlara da tətbiq etmək olar. Peru və bütün Cənubi Amerikada bu cür divarları möhkəmləndirməyin yolları araşdırılır", deyə Gianmarko de Felis bildirir.

Bundan əlavə tədqiqatçılar qədim heykəllər və abidələr daxil olmaqla, başqa tikililər üzərində də sınaqlar keçirir və onları gələcək zəlzələlərdən qorumağı ümid edirlər.

XS
SM
MD
LG