Accessibility links

İtaliyanın baş naziri istefaya gedir


Bazar günü İtaliyada keçirilən referendumda seçicilər baş nazir Matteo Renzinin təklif etdiyi konstitusiya islahatlarını rədd edəndən sonra İtaliyada həftələrə davam edəcək siyasi iğtişaş yaşayanağı gözlənilir.

Böyük məğlubiyyətdən sonra baş nazir istefa verib.

Səsvermə başa çatandan iki saat sonra keçirilən mətbuat konfransında 41 yaşlı Renzi məğlubiyyətini etiraf edib.

"Sabah mən kabinetimi toplayıb, həmkarlarıma birlikdə keçirdiyimiz çox gözəl sərgüzəştə görə təşəkkür edəcəm. Biz səmimi, güclü və kompakt bir komandaydıq. Daha sonra mən prezident sarayına gedib, orada istefamı prezidentə təqdim edəcəm", deyə Renzi bildirib.

Referendumda qalib gələn “yox” kampaniyasını aparan komediya ustası Beppe Qrillonun başçılıq etdyi populist 5-Ulduz Hərəkatı isə bazar ertəsi Renzi istefasını elan edəndən sonra digər müxalif qüvvələrlə birlikdə erkən seçkilərə çağırıb.

“Referendum səbəbilə bölünən bu ölkə üçün indi birləşmək və yeni seçkilər keçirmək üçün doğru zamandır,” deyə parlamentin 5-Ulduz hərəkatına mənsub üzvü Luigi di Maio bildirib.

5-Ulduz Renzinin Demokratlar partiyasının əsas rəqibidir və ilk dəfə olaraq hakimiyyətə gəlməyi səbirsizliklə gözləyir.

67 faiz seçici fəallığı referendum üçün çox yüksəkdir və daha çox parlament seçkilərndəki seçici fəallığına bərabərdir. Seçkidə iştirak edən italyanların 60 faizi islahatları rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG