İtaliyanın yeni baş naziri Mario Monti mühüm iqtisadi ixtisarlar barədə proqramı açıqlayıb və deyib ki, İtaliyanın borc böhranını aradan qaldırmağa qadir olması avronun gələcəyi üçün olduqca mühümdür.
Cənab Monti bu gün keçiriləcək etimad səsverməsindən əvvəl parlamentin yuxarı palatasına müraciət edib.
Parlamentin aşağı palatasının səsvermədə iştirak etməsi sabaha nəzərdə tutulub.
Baş nazir özündən əvvəlki baş nazir Silvio Berluskoninin ləğv etdiyi qeyri-populyar əmlak vergisini geri qaytara biləcəyini deyib.