Accessibility links

İtaliyanın prezidenti baş nazir təyin edib


İtaliya prezidenti Sercio Mattarella yeni hökuməti formalaşdırmaq üçün Paolo Gentilonini yeni baş nazir seçib. Bu, islahatçı lider Matteo Renzi konstitusion islahatlara dair referendumda məğlubiyyətindən sonra baş verib. Renzi referendumda qalib gəlməyəcəyi təqdirdə vəzifəsindən gedecəyini bildirmişdi.

Gentiloninin 2018-ci ilin fevralında keçiriləcək növbəti seçkilərədək bu vəzifəni icra edəcəyi gözlənilir. Açıqlamadan sonra o, Renzinin hökuməti ilə oxşar siyasət aparacağını bəyan edib.

Demokrat Partiyasının 62 yaşlı üzvü, Renzinin yaxın müttəfiqi və sabiq jurnalist deyib ki, sosial və iqtisadi məsələlərə diqqət yönəltmək üçün tam funksional hökumətə təcili ehtiyac var.

Yayılan xəbərlərdə deyilir ki, yeni hökumət lideri nazirlərin siyahısını bazar ertəsi Mattarellaya təqdim edəcək.

Demokrat Partiyasının 62 yaşlı üzvü, Renzinin yaxın müttəfiqi və sabiq jurnalist deyib ki, sosial və iqtisadi məsələlərə diqqət yönəltmək üçün tam funksional hökumətə təcili ehtiyac var.

Matteo Renzi
Matteo Renzi

Bütün böyük partiyalar seçkilərin dərhal keçirilməsinə çağırsa da, təklif İtaliya prezidenti tərəfindən rədd edilib.

Renzi 3 il baş nazir oldu. O, iqtisadi islahatlar aparmaq məqsədilə baş nazirin səlahiyyətlərinin artırılmasını nəzərdə tutan referendumda seçicilər "Yox" deyəndən sonra istefa verdi. O, iqtisadi islahatların ölkədə siyasi sabitliyə yol açacağını bildirmişdi.

XS
SM
MD
LG