Accessibility links

İtaliya rusiyalı oliqarx Melniçenkonun 578 milyon dollarlıq yaxtasını müsadirə edib


İtaliya polisi rusiyalı milyarder Andrey İqoreviç Melniçenkonun superyaxtasını ələ keçirib. Bu barədə Baş nazirin ofisi şənbə günü məlumat verib. Bu, biznesmenin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Aİ-nin sanksiya siyahısını daxil edilməsindən bir neçə gün sonraya təsadüf edib.

Hökumət bildirib ki, 578 milyon dəyərində olan 143 metrlik Sailing Yacht A yaxtası şimalda yerləşən Trieste limanında saxlanılırdı.

Hökumət deyib ki. Filip Stark tərəfindən dizayn olunan və Almaniyada Nobiskrug tərəfindən tikilən gəmi dünyanın ən böyük yelkənli yaxtasıdır.

Melniçenko EuroChem Group adlı böyük qübrə istehsalçısının və SUEK kömür şirkətinin sahibidir.

Ötən həftə İtaliya polisi sanksiya siyahısına daxil edilən beş məşhur rusun 156 milyon dollar dəyərindən villa və yaxtalarını müsadirə edib.

Polis əməliyyatı Qərb ölkələrinin Prezident Vladimir Putinlə əlaqəsi olan zəngin rusları cəzalandırmaq üçün koordinasiya səylərinin bir hissəsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG