Accessibility links

İranda hökumət lehinə aksiyalar artıq 4 gündür davam edir


On minlərlə insanın qatıldığı Tehran və digər şəhərlərdə hökumət leyihə aksiyalar artıq 4 gündür davam edir.

Dövlət televiziyası ilə nümayiş etdirilən nümayişlər zamanı İran bayraqları qaldırılıb, ABŞ, İsrail və Britaniya əleyhinə şüarlar səsləndirilib.

Aksiyalar Xuzestan, Semnəm və Qərbi Azərbaycan vilayətlərində də vüsət alıb.

BMT-nin Təhlükəsizlik Şurası təcili toplantı çağıraraq, ABŞ-ın təklifi ilə İrandakı nümayişlərə dair müzakirələr keçirib.

Həmin toplantıda Vaşinqton bəzi üzv ölkələr tərəfindən İranın daxili işlərinə müdaxilə etməkdə günahlandırıb.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli sessiyanı İran xalqına rəğbətli müraciətlə açıb və deyib ki, “İran xalqının istədiyini İran hökumətinin verməməyə ixtiyarı yoxdur”, çünki bu, “onların insan haqlarıdır”.

Görüşdən sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "BMT-nin TŞ-ı ABŞ-ın mandatını qaçırmaq üçün çılpaq cəhdinin qarşısını aldı. Tramp administrasiyasının xarici siyasətdəki daha bir səhvi.."- deyə, tvit edərək yazıb.

ABŞ dövlət Departamenti baş verənlərə səssiz qalmayacağını bəyan edib.

Ağ Ev rəsmisi cümə axşamı deyib ki, ABŞ keçən həftə başlayan etirazların boğulmasında məsuliyyət daşıyanlara qarşı yeni sanksiyaların tətbiqinə çalışacaq.

XS
SM
MD
LG