Accessibility links

88 ölkədən 43 mindən artıq insan itkindir


BMT-nin bildirdiyinə görə, on minlərlə yoxaçıxma hallarının üstü açılmadan qalır. Təşkilatın hesabatında deyilir ki, 88 ölkədən 43 mindən artıq itkinin taleyi bəlli deyil.

Zorakı yoxaçımalarla bağlı işçi qrupunun rəhbəri Ariel Dulitskinin dediyinə görə, bu hallar hələ də davam edir.

Bu qrup Argentinada bir çox siyasətçi və siyasi dissidentlin yoxa çıxdığı 1980-ci ildə təsis edilib. O vaxtın “kirli müharibəsində” itkin düşən 3200 insanın yeri hələ də məlum deyil.

Yoxaçıxmalar bəşəriyyətə qarşı cinayət hesab edildiyi və müddət məhdudiyyətinə malik olmadığı üçün cinayət işləri açıq qalmaqdadır.

Qrup 2012-ci lin noyabr və 2014-cü ilin may ayları arasında əlavə 42 ölkədə 418 yoxaçıxma halını qeydə alıb.

Itkindüşmə halları ən çox İraqda müşahidə edilib. Bu ölkədə 16400 insan yoxa çıxıb. Siyahıda 5700 nəfərlə Şri-Lanka, 3000 nəfərlə Əlcəzair, 2000 nəfərlə Qvatemala, Salvador və Peru yer alır.

Dulitskinin dediyinə görə, bu hallarla mübarizə yeni strategiyalar tələb edir.

“İtkin düşənlərin və yoxa çıxanların kimliyinin müəyyən edilməsində yeni texnologiyadan istifadə edilmir. DNK testləri həyata keçirilmir. Məlumatlar paylaşılmır. Bütün bunlar yeni strategiyaya ehtiyac doğurur.”

Dulitski Suriya və Şimali Koreyanın Beynəlxalq Cinayət Məhkəməsinə cəlb edilməsi tələbi ilə BMT-nin Təhlükəsizlik Şurasına müraciət edildiyini, lakin müraciətin cavabsız qaldığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG