Accessibility links

İvanka Tramp Berlində qadınların W20 iqtisadi sammitində iştirak edəcək


Tramp adminsitrasiyasının yüksək səviyyəli rəsmisinin verdiyi məlumata görə, İvanka Tramp Almaniyada keçiriləcək qadınların iqtisadi imkan və səlahiyyətlərinin genişləndirilməsi sammitində iştirak etməyi planlaşdırır.

İvanka Tramp sammitə bu yaxınlarda Almaniya Kansleri Angela Merkelin Ağ Evə səfəri zamanı xanım Merkel tərəfidnən dəvət edilib.

Böyük İyirmilik ölkələrinin təşkil etdiyi W20 sammiti aprel ayının sonunda Berlində keçiriləcək. İvanka Trampın səfərinin detalları hələ ki, müəyyən edilir, lakin o, səfəri zamanı oradakı uğurlu peşə təlimləri proqramlarına nəzər salmaq istəyir.

Angela Merkel prezident Donald Trampla görüşmək üçün Ağ Evə gəldiyində İvanka Tramp onunla birgə vaxt keçirib. Almaniya rəsmilərinin istəyi üzərinə xanım Tramp peşə təlimlərinin müzakirə etmələri üçün Amerika və Almaniya biznes liderləri arasında görüş təşkil edib.

Bu, artıq ikinci dəfə idi ki, xarici liderlər iqtisadi danışıqların təşkilində İvanka Trampın yardımını istəyirdilər. Bundan öncə ötən ay Kanadanın baş naziri Catin Trudonun səfəri zamanı o, qadınlar üçün iqtisadi imkanların inkişafına dair görüşün təşkilinə də yardım edib.

İvanka Tramp artıq bir neçə vaxtdır böyük şirkətlərin baş icraçı direktorları ilə peşə təlim imkanlarını müzakirə edir. O, atası vəzifəsinin icrasına başlamadan belə artıq bu cür görüşlər keçirməyə başlayıb. Tramp həmçinin qadınlar üçün iqtisasdi imkanların artırılması üzərində işləyəcəyinə söz verib.

İvanka Trampa Ağ Evin Qərb Qolunda ofis verilib. O, rəsmi dövlət qulluqçusu olmasa da, təhlükəsizlik yoxlanışından keçib. Xanım Tramp həmçinin bütün işçilərə şamil olunan etika qaydalarına da əməl edəcəyinə söz verib. Buna baxmayaraq, etika ekspertləri onun rəsmi dövlət qulluqçusu olmadan, şəffaflıq və etika qaydalarından yayına biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG