Accessibility links

Böyük 20-lərin sammitində İvanka Trampın prezidenti bəzi iclaslarda təmsil etməsi tənqidlərlə qarşılanıb


Prezident Donald Trampın Almaniyanın Hamburq şəhərində keçirilən Böyük 20-lərin sammitində iştirakı zamanı onun rəsmi vəzifəsi və ailəsi arasında xətti keçməsinə işarə edən bəzi məqamlar diqqət mərkəzində olub. Amerikanın Səsinin Ağ Evdəki müxbiri Stiv Hermanın verdiyi məlumata əsasən, buna İvanka Trampın sammitin bəzi iclaslarında prezidenti təmsil etməsi səbəb olub.

Ağ Ev üçün Böyük 20-lərin zirvə görüşü qeyri-adi tədbir deyil. Ağ Evdə prezident aparatının rəhbəri Reins Pribus bunu müsbət görüş kimi səciyyələndirib.

Ağ Evin aparatının rəhbəri Reins Pribus - “Prezident Avropada bu görüşdə çıxış edib. Böyük 20-lərin liderləri prezidentlə görüşüb. O, Hamburqda ulduz idi və heç kim buna müdaxilə edə bilməz. Və mənim fikrimcə, məsələ bundadır ki, o, Amerikanı birinci yerdə görür.”

Lakin bəziləri Trampın ailəsini birinci yerə qoyduğunu hesab edir. Tramp zirvə görüşü çərçivəsində keçirilən azı bir və ya üç sessiyada iştirak etmədiyinə və qızının onu əvəz etməsinə görə tənqid edilir. Bu hallardan biri Afrikada inkişafa dair iclas zamanı baş verib. Rusiya nümayəndə heyətinin bir üzvü Tvitterdə bu barədə yazıb. Lakin sonra bu tvit silinib.

Tənqidçilər bunu presedenti olmayan bir hal və diplomatik protokolun pozulması kimi qiymətləndirib.

Financial Times Washington Post ABŞ-ın sabiq maliyyə naziri Larens Sammersə istinadən bunları yazıb: “Ölkə başçısının övladının onu vəzifəsində əvəz etməsi olmayan bir haldır. Bu, digər təmsilçilərə qarşı təhqirdir və yüksək səviyyəli rəsmilərin etibarsızlığına işarə edir.”

Prezident bazar ertəsi məsələ ilə bağlı mövqeyini müdafiə edib. Tvitter vasitəsi ilə o, diqqəti ötən il prezident seçkilərindəki rəqibi, demokrat Hillari Klintona çəkib.

Sabi dövlət katibinin qızı Çelsi Klinton isə Tvitter vasitəsilə etirazını bildirib.

Prezident böyük 20-lərin sammitində İvanka Trampın atasını əvəz etməsinini səhv olduğunu yazıb.

Almaniya Kansleri, Angela Merkel - “Nümayəndə heyətinin üzvləri özləri prezidentin görüşdə iştirak edib-etməməsinə və bundan sonra onu kimin əvəz etməsinə qərar verməlidir. İvanka Tramp isə Amerika nümayəndə heyətinin üzvü idi. Digər nümayəndə heyətləri də belə edir. İvankanın Ağ Evdə çalışdığı və müəyyən təşəbbüslərlə məşğul olduğunu hər kəs bilir.”

Ağ Evin sözçüsü Sara Hakkabi Sanders İvanka Trampa qarşı bu növ tənqidləri “hiddətləndirici hücum” adlandırıb.

"Sessiadakı mövzunun onun sahəsinə aid olduğunu nəzərə alsaq, İvankanın o kürsüdə əyləşməsi ilə qürur duymalıyıq. Əgər onun soy adı başqa ad olsaydı, biz ona daim hücum etmək əvəzinə onu daim alqışlayardıq."

Trampın qızı və onun həyat yoldaşı Cared Kuşner prezidentin rəsmi məsləhətçiləridir. Lakin prezidentin tənqidçiləri və hətta bəzi tərəfdarları arasında əsas narahatlığa səbəb Ağ Evin rəsmi işi ilə Trampın ailə biznesi arasındakı qeyri aydınlqdır. Bu, etika ilə bağlı narahatlıqlar və şəffaflığa dair suallar doğurur.

Böyük 20-lərin sammitində İvanka Trampın prezidenti bəzi iclaslarda təmsil etməsi tənqidlərlə qarşılanıb
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG