Accessibility links

Amerikalılar müstəqilliyin 239-cu ildönümünü qeyd edir [Video]


4 iyul ABŞ-ın İstiqlaliyyət Günüdür

Bu gün amerikalılar ölkə boyu istiqlaliyyətin 239-cu ildönümünü qeyd edirlər. Bayram paradlar, pikniklər, atəşfəşanlıq və konsertlərlə müşayiət olunur.

Prezident Barak Obama həftəlik müraciətində bütün amerikalıları 4 iyul İstiqlaliyyət Günü münasibətilə təbrik edib.

Bu gün həm də Obamanın böyük qızı Malianın 17 yaşı tamam olur.

Obama ailəsi bu gün Ağ Evin arxa həyətində bir neçə yük hərbçi və onların ailə üzvləri üçün "barbekyu" qonaqlığı təşkil edir.

Milliləşdirmə mərasimləri

Bu gün habelə 100 yeni ABŞ vətəndaşının milliləşdirilmə mərasimi keçirilir. CIA direktoru Con Brennanın rəhbərliyi ilə keçiriləcək mərasim Corc Vaşinqtonun ev muzeyi olan Mount Vernonda təşkil edilir.

Bu gün habelə paytaxt Vaşinqtonun mərkəzində - Milli Parkda konsert və atəşfəşanlıq olacaq. Konsertdə Marri Manilou, Alabama, KC və Sunshine Band, Nikol Şerzinger, İrland tenor Ronan Taynon və Milli Sinfonik Orkestr ifa edəcək.

1776-cı il iyulun 4-də 13 Amerika koloniyasının təmsil edən nümayəndələr rəsmən İstiqlaliyyət Bəyannaməsini elan edərək Britaniyadan ayrıldıqlarını bəyab ediblər.

Artıq bir il əvvəldən müstəqillik uğrundan başlamış müharibə 1783-cü ildə Paris Sazişinədək davam edir və Amerikan Birləşmiş Ştatlarının suverenliyinin rəsmən tanınması ilə nəticələnir.

XS
SM
MD
LG