Accessibility links

İzabel Santos Azərbaycanda insan haqlarını pozanlara qarşı sanksiyaları dəstəkləyir


Avropa Parlamentinin "Sosialistlər və Demokratlar" (S&D)Qrupunun üzvü, Azərbaycan üzrə kölgə məruzəçi İzabel Santos Amerikanın Səsinə açıqlamasında S&D Qrupunun vitse-prezidenti Kati Pirinin Azərbaycanda repressiya aparan rəsmilərə qarşı sanksiyalar çağırışını dəstəklədiyini bildirib.

“Azərbaycan hüquq-mühafizə orqanlarının Fuad Qəhrəmanlıya qarşı tətbiq etidiyi ağır işgəncələrə dair etibarlı məlumatlar bizi narahat edir,” o deyib.

İzabel Santos ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər üzrə Komitəsinin sədri olduğu zamandan bəri Azərbaycandakı insan haqları vəziyyətini yaxından izlədiyini bildirib.

Bu hərəkətlər müxalifətin sistematik şəkildə qorxudulması, həbs edilməsi və susdurulmasının nümunəsidir.

“Bu hərəkətlər müxalifətin sistematik şəkildə qorxudulması, həbs edilməsi və susdurulmasının nümunəsidir,” Santos Amerikanın Səsinə bildirib.

Azərbaycanda yerli və beynəlxalq qanunların müntəzəm pozulduğunu və beynəlxalq ictimaiyyətin buna dözməyə davam edə bilməyəcəyini deyən İzabel Santos Azərbaycanda insan haqlarını pozanlara qarşı sanksiyaları dəstəklədiyini bildirib.

“Bu sanksiyalar Azərbaycana və zorakılıq və azadlıqların pozulmasının qurbanı olan və bizim həmrəy olduğumuz insanlara qarşı deyil, ölkədəki siyasi müxalifətin və vətəndaş cəmiyyətinə qarşı şiddətli repressiyalar aparan Azərbaycan rəsmilərinə qarşıdır,” o deyib.

İzabel Santos Avropa İttifaqı siyasi layihəsinin demokratiyanın, eləcə də insan haqlarına və qanunun aliliyinə hörmətin daxil olduğu dəyərlər çərçivəsinə əsaslandığını və ittifaqın da xarici siyasətində bu dəyərləri rəhbər tutmalı olduğunu bildirib.

Bundan öncə Sosialistlər və Demokratlar (S&D) Qrupunun vitse-prezidenti Kati Piri Azərbaycanda müxalifət fəallarının kütləvi həbslərinə reaksiyasında repressiyaya cavabdeh rəsmilərə qarşı sanksiyalar tətbiq edilməsinə çağırıb.

"Bizi Azərbaycanın hüquq-mühafizə orqanlarının AXÇP-nin sədr müavini Fuad Qəhrəmanlınn ağır işgəncələrə məruz qaldığına dair inadırıcı məlumatlar narahat edir," Piri bildirib. "Qəhrəmanlı Prezident İlham Əliyev rejimi tərəfindən çevriliş hazırlamaq ittihamı ilə həbs olunan, hazırda AXCP sədri Əli Kərimli ilə qanunsuz olaraq de-fakto ev dustaqlığına məruz qalan onlarla müxalif şəxs arasındadır.

"Bu məsuliyyətsiz hərəkətlər prezident Əliyevin çıxışlarında dəfələrlə 'beşinci kolon' və 'satqın' kimi qələmə verdiyi müxalifətçiləri qorxutmaq, təcavüz və həbs kimi sistematik kampaniyasının bir hissəsini təşkil edir. Azərbaycan qanunvericiliyinə və ölkənin beynəlxalq öhdəliklərinə zidd olaraq, hüquqşünasları və ailələri ilə əlaqə kimi əsas hüquqlarından məhrum edilir. Prezident Əliyevin COVID-19 pandemiyasından və Ermənistanla hərbi gərginlikdəki son sıçrayışdan ölkədə siyasi müxalifətin qalan hissələrini məhv etmək üçün bir bəhanə kimi istifadə etməsi yolverilməzdir."

“Azərbaycandakı vəziyyətin ağırlığını nəzərə alaraq, Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə baş nümayəndəsi Cosep Borrelli gecikdirilmədən Aİ-nın insan haqlarının hədəf alınması təşəbbüsü çərçivəsində Azərbaycanda zorakılıqların, ölkədə siyasi müxalifət və vətəndaş cəmiyyətinin repressiyalarının cavabdehliyini daşıyan məmurlara qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırırıq," o bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG