Accessibility links

Aktyor Cek Nikolsonun həyatına baxış


Cek Nikolson ən çox mükafat alan kino-aktyordur. O, yəqin ki, qadınların sevimlisi olması ilə daha çox tanınır. Özünəməxsus gülüşü ilə aktyor, deyilənə görə 2000-dən çox qadının qəlbini ovsunlayıb. Bu statistika onu Maksim veb səhifəsinin həyatda olan 10 seks əfsanəsindən biri edib.

Nə İsə Fəda Etməlisən filmində çəkilməzdən bir qədər əvvəl 67 yaşlı Cek artıq taqətdən düşdüyünü etiraf edərək mətbuatdan üzr istəyib. Hətta onun səhnədəki imeci də bir qədər zəifləyir.
Amma bütün bunlar o demək deyil ki, Cek qocalır. Şmit Barədə filmdə qoca satıcı obrazı sistemi şoka saldı.



Cek Nikoloson: “Üç ay çəkilişlər zamanı güzgüdə özümə baxa bilməyirdim. Ona görə ki, mən düşünürdüm daha özümə qayıda bilməyəcəm.”
Filmlərində daim müstəsna və ekstrimal xarakterlər yaradması ilə tanınan aktyor üçün sadə Varren Şmit obrazını yaratmaq bir arzu idi.

Cek Nikoloson: “Bəli, hər bir aktyor üçün ən çətini budur . Hər kəs bir və ya iki rolu ifa edə bilər. Heç kəs səni tanımır. Amma artıq tamaşaçı səni tanıdıqdan sonra onları sənin yaratdığın yeni, başqa obraza inandırmaq çətin olur. Şmit Barədə filmdəki rol kimi. Mən Aleksin filmi barədə müsahibəsini izləmişəm. O, məndən sadə insan obrazını yaratmağımı istədi. Bilirsiniz, hər rol fərqlidir və bu fərqlilik obraza girməyi maraqlı edir. Əslində əsl Ceki heç kim tanımır.”

Özünəməxsus həyat tərzi yaşamasına baxmayaraq Cek Nikolson beş övladının daim dəstəkləyib, onların yanında olub.
XS
SM
MD
LG