İyunun 22-də prezident İlham Əliyevin əfv sərəncamı ilə beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınmış 9 müxalifət fəalı həbsdən azad edilib. Müxalifət fəalları İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi mitinqdən sonra həbs edilib.
Müsavat Partiyasının fəalı Tural Abbaslı və Xalq Cəbhəsi Partiyasının fəalı Babək Həsənov Amerikanın Səsi radiosuna müsahibəsində həbsini hökumətin səhv addımı adlandırıb. “Əfv fərmanı gec də olsa hökumətin öz səhvinin etirafıdır”, - deyə Babək Həsənov bildirib.
Hər iki gənc fəal Azərbaycanda cəzaçəkmə müəssisələrində Sovet rejimin qaydalarının indi də yaşadığını bildirib. “14 saylı cəzaçəkmə müəssisəsində insanın nəinki azad yaşamaq, nəfəs almaq şəraiti belə yoxdur. Həbsxana daş karxanalarının əhatəsində olduğundan daş tozu adamı boğur”, - Tural Abbaslı qeyd edib.
Hər iki gənc cəzaçəkmə müəssisəsində qida rasionunun tam qaydada pozulduğunu, məhbuslara keyfiyyətli yemək verilmədiyini, dar otaqlarda çoxsaylı insanın saxlandığını bildirib. “Normaya görə hər məhbus üçün 4 kvadratmetr yaşayış yeri müəyyən edilib. Biz 4 nəfər, 4 kvadratmetrlik otaqda qalırdıq. Çarpayılar o qədər bir-birinə yaxındır ki, yatanda qonşu çarpayıdakı məhbusun nəfəsi sənin üzünü döyəcləyir”, - T.Abbaslı qeyd edib.
Gənclər məhbusların həftədə bir dəfə ümumi hamamdan istifadə etmək imkanı olduğunu bildirib. “Pullu hamam da var. Orada 10 dəqiqə çimmək 20 qəpikdir. Amma, burada da cəmi 3 nəfər eyni vaxtda hamamlana bilir. Yeməklər istifadə müddəti keçmiş, yaxşı yuyulmayan alüminium qablarda , isti çay plastik stəkanlarda verilir. Qaşıqlar da alüminiumdur. Bütün məhbusların üz və başı eyni yerdə qırxılır. Bu gün xəstə və ya vərəmli məhbusun yatdığı yataq və qabdan sabah sağlam dustaq istifadə edir”, - deyə Babək Həsənov vurğulayıb.
T.Abbaslı isə əlavə edib ki, son aylarda cəzaçəkmə müəssisəsində 2 yeni AİDS-ə yoluxmuş məhbus müəyyən ediblər. “Bütün bu səbəblərdən məhkumlar ümumi dərd ortağıdır. Hansı maddə ilə ittiham edilməyin o qədər də fərqi yoxdur”.