Accessibility links

Jak Şirak 86 yaşında vəfat edib


Fransanın iki müddətə prezidenti olmuş Jak Şirak 86 yaşında dünyasını dəyişib. O, Fransanın Holokostda rolunu etiraf edən ilk lideri olmuş və 2003-cü ildə ABŞ-ın İraqa işğalına qarşı çıxmışdı.

Kürəkəni deyib ki, Şirak sentyabrın 26-da “sevdiklərinin əhatəsində” dünyasını dəyişib. O, sabiq prezidentin ölümünün səbəbini açıqlamayıb.

Qətiyyət və ambisiyasına görə Jak Şirak karyerasının ilk dövründə “Buldozer” ləqəbini qazanmışdı.

Şirak Fransa siyasətində mühafizəkar sağ təmayülün təmsilçisi olub. Qətiyyət və ambisiyasına görə karyerasının ilk dövründə “Buldozer” ləqəbini almışdı. O, 1974-76 və 1986-88-ci illərdə baş nazir, 1977-1995-ci illərdə doğma şəhəri olan Parisin meri olub.

Prezident toxunulmazlığını itirdikdən sonra ona Parisin meri olduğu dönəmdə mənimsənə və dövlət vəsaitində sui-istifadə ittihamları irəli sürüldü.

1995-2007-ci illərdə ölkə başçısı olmuş Şirak prezidentlik müddətini yeddi ildən beş ilə salıb. Onun prezidentliyi dövründə Fransa vahid Avropa valyutasını qəbul edib və məcburi hərbi xidməti ləğv edib.

Beynəlxalq miqyasda isə Şirak 2003-cü ildə Birləşmiş Ştatların İraq müharibəsinə qarşı çıxması ilə yadda qalıb.

Şirak son illər ictimaiyyət arasında görünməyib, onun xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG