Accessibility links

BMT: İŞİD Rəqqada 20,000 vətəndaşı girov saxlayır


Rəqqanın köhnə şəhərində İŞİD-lə döyüşlər nəticəsində dağılmış binalar. Suriya, 19 avqust, 2017.
Rəqqanın köhnə şəhərində İŞİD-lə döyüşlər nəticəsində dağılmış binalar. Suriya, 19 avqust, 2017.

BMT-nin yüksək rütbəli rəsmisi xəbərdarlıq edir ki, İŞİD Suriyanın Rəqqa şəhərində 20,000 mülki vətəndaşı girov saxlayır. Onların böyük təhlükədə olduğunu deyən BMT xüsusi elçisi Jan Egeland vətəndaşların xilası üçün bütün ölçülərin götürülməsinin vacibliyini vurğulayıb.

Egeland deyib ki, Rəqqanın beş məhəlləsində ilişib qalmış vətəndaşların taleyi son dərəcədə acınacaqldır.

Bu adamların çıxış yolu qalmayıb. Bu dəqiqə dünyada bu 20,000 adam üçün Rəqqanın beş məhəlləsindən pis yer yoxdur.

BMT rəsmisi Rəqqaya hücum əməliyyatları zamanı vətəndaşların qorunması üçün tədbirlərin çatışmazlığından gileylənib. Onun sözlərinə görə bu şəhərdəki mülki vətəndaşlar Suriya hökumət qüvvələrinin artilleriya atəşləri və ABŞ-ın dəstəklədiyi koalisiya qüvvələrinin hava zərbələri nəticəsində külli miqdarda itkilər veriblər.

“Bu adamların çıxış yolu qalmayıb. Bu dəqiqə dünyada bu 20,000 adam üçün Rəqqanın beş məhəlləsindən pis yer yoxdur,” Egeland bəyan edib.

BMT humanitar işçi qüvvəni və koalisiya qoşunlarını mülki vətəndaşların şəhərdən salamat çıxması üçün əllərindən gələni etməyə çağırırlar.

Rəqqadan qaçmış suriyalı qadın əmlakı ilə birlikdə Ayn İssa qaçqın düşərgəsinə gəlir. 24 iyul, 2017.
Rəqqadan qaçmış suriyalı qadın əmlakı ilə birlikdə Ayn İssa qaçqın düşərgəsinə gəlir. 24 iyul, 2017.

“Evlərindən dışarı çıxan adamlar hava reydləri riskləri ilə üzləşirlər. Bəlkə əvvəllər Hələbdə və başqa yerlərdə olduğu kimi döyüşlərdə humanitar fasilə elan etməyin vaxtı çatıb,” Egeland bildirib.

BMT rəsmisi etiraf edib ki, fasilənin əldə edilməsi üçün ikinci tərəflə təmas mövcud olmalıdır ki, bu da yoxdur. Belə ki, İŞİD heç bir beynəlxalq qurumla təmas saxlamır, yaxud onlarla danışıqlar aparmır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG