Accessibility links

“Jane” adlı sənədli filmdə şimpanzelərin həyatından danışılır [Video]


“Jane” adlı sənədli filmdə şimpanzelərin həyatından danışılır
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Ceyn Qudalın Afrikada Tanzaniya meşələrindəki şimpanzelər haqqında 100 saatlıq görüntülər "National Geographic" cəmiyyətinin arxivində 50 il qaldıqdan sonra sənədli film şəklində tamaşaçıların ixtiyarına verilib. Filmin Los-Ancelesdə nümayişi zamanı Ceyn Qudal Amerikanın Səsi ilə filmlə bağlı düşüncələrini bölüşüb.

“Jane” adlı sənədli filmdə hadisələr 1960-cı ildə Ceyn Qudalın 26 yaşı olduğu dövrdən başlayır. Burada universitet təhsili olmayan gənc bir qızın Tanzaniyanın uzaq bölgələrindəki işindən söhbət açılır. Onun şimpanzelərin qeyri-ənənəvi müşahidə üsulları alimləri insan olmağın nə demək olduğunu haqda görüşlərini dəyişdirdi. “Başqa sənədli filmlərdən fərqli olaraq bu film məni geriyə, meşədə olduğum zaman keçirdiyim illərə qaytarır” deyə, Ceyn Qudal bildirir.

Ceyn deyir ki, sənədli filmdə istifadə edilən bəstəkar Filip Qlasın musiqisi onu daha da cazibədar edir. Bəstəkar filmdə bəzi anların ona xüsusilə təsir etdiyini deyir. “Onun şimpanzelərlə yanaşı oturması çox təsirlidir. Onlar uşaq kimidirlər. O, onları sığallayır, onlarla söhbət edir. Yəni onlar onu tam qəbul etmişdi.”

Bununla Qudal şimpanzelərin ağıllı, alimlərin inandığı kimi, qida əldə etmək üçün yalnız insanlar tərəfindən istifadə edilən üsullara əl ata bilən heyvanlar olduğunu göstərə bildi. Ceyn Qudal: “Hər şey qaydası ilə gedirdi. Əlbəttə, səhvlər oldu, lakin mən heç nəyi dəyişə bilməzdim.”

Şimpanzelərlə qurduğu unikal münasibətlər Qudalın yaxşı yadındadır. “Buna ailə də demək olmaz, bu dostluq da deyil. Lakin mən onların həyatlarının bir hissəsiyəm, mən onları müşahidə edə bilirəm. Film çəkilən zaman bizim münasibətlərimiz çox yaxşı idi.”

Bu sənədli filmdə National Geographic cəmiyyətinin rejissoru, Qudalın keçmiş həyat yoldaşı Huqo Van Laviki də görmək olur. Sənədli film direktoru Brett Morqan: “100 saatlıq çəkilişlərdə Huqo Van Laviksin görüntüləri yuxu kimidir. Huqo sənədli film tarixində təbiət haqda ən gözəl filmlərin rejissorlarından biridir.”

Hollivud aktrisası Ceymi Li Kortes Qudal haqda belə deyir: “O, sevdiyi işi görərək bizi sanki bir səyahətə aparıb və bizə mesaj verib ki, gördüyünüz işdə baxışlarınızda və yanaşmanızda güzəştə getməyin.”

Hətta bu gün belə, Qudal səyahət etməkdə davam edir və təbiəti qorumağın vacibliyini vurğulayır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG