Günün ən maraqlı fotoları!
Dünyadan görüntülər
1
Çinin mərkəzi Hubei vilayətində yerləşən Uhan şəhərində 10 gün içində koronavirusa yoluxan xəstələr üçün yeni hospital inşa edilir.
2
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk-Alman Universitetinin İstanbulda yeni kampusunun rəsmi açılış mərasimində Almaniya kansleri Angela Merkelə hədiyyə verib.
3
Yeni Dehlidə əsgərlər dəvələrin üzərində qarşıdan gələn hərbi parada hazırlaşır.
4
Allahabadda hindu dindarlar illik Maq Mela festivalı çərçivəsində Qanq, Yamuna və Sarasvati çaylarının birləşdiyi yerdə çimməyə hazırlaşır.